Biz Kimik?

BİZ KİMİK?

Haqqımızda

Mart 2013-cü tarixindən etibarən “Business Group” Azərbaycanda sahibkarlığın inkişafı dövlət proqramına dəstək məqsədi ilə əlaqədar işgüzar dairələrdə (İqtisadiyyat və Sənaye Nazirliyi, ASK, EDF, ERC və s.) aparılan məsləhətləşmələr və dəyirmi masa iclasların nəticəsi olaraq Azərbaycanda françayzinqin dayanıqlı inkişafı və sahibkarlar arasında maraqlı və faydalı bir biznes model kimi təbliği üçün bir mərkəzin təsis edilməsi məqsədəuyğun hesab edildi. Avqust 2014-də  Azərbaycan Françayzinq Mərkəzi-AFC təsis edildi.

AFC dünyadakı françayzinqlə bağlı uğurlu təcrübəni Azərbaycanda tətbiqinə çalışmaqla yanaşı ölkə daxili uğurlu brendlərin beynəlxalq bazarlarda françayzinq biznes modeli ilə təmsil edilməsinə dəstək verir. Bununla yanaşı dünyaca məşhur brendlərin Azərbaycanda yerli sahibkarlarla işgüzar əlaqələr qurmaqla təmsil edilməsinə də dəstək göstərir. Həmçinin mərkəz investorlara və sahibkarlara yeni biznes konseptin qurulması və françayzinq biznes modeli ilə inkişaf etməsinə dəstək xidmətlərini təqdim edir.

Amalımız

Françayzinq biznes inkişaf modelin Azərbaycanda dayanıqlı inkişafını təmin edə bilmək, təməl əsasları təyin etmək və tətbiqinə çalışmaq, Azərbaycan müvafiq qanunvericilik bazasının təkmilləşdilməsinə, sahibkarlar və investorlar üçün cazib bir model kimi formalaşdırılmasına dəstək olmaqdır.

Françayzinq nədir?

Françayzinq, kommersiya münasibətləri növü — bazar subyektləri arasında münasibətlər növü, bir tərəf (françayzer) digər tərəfə (françayzi) müəyyən haqqa (royalti) öz biznez-modeli əsasnda özünə məxsus biznes növü ilə məşğul olmağa icazə verir. Françayzinq – digərinin haqq əsasında kiminsə əmtəə nişanından istifadə edilməsinə rəsmi icazədir.

Filip Kotler françayzinqin aşağıdakı əlamətlərini qeyd edir:

  • françayzer onun əmtəə nişanından istifadəyə görə digərinin gəlirindən müəyyən faiz alır;
  • françayzi biznes sisteminin bir hissəsi olmaqdan ötrü ilkin haqq ödəyir;
  • françayzer françayziyə biznesin təşkili sistemini verir.